Dərc edildi: Baxış sayı: 591
Rusiya sərhədə qoşun yeridir
Rusiya yeni silahlarını və əlavə döyüş kontingentini qərb sərhədlərinə yerləşdirəcək.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu “İnterfaks”a açıqlamasında Rusiya Müdafiə Nazirliyinin inspektoru general-mayor Vladimir Boqatırev deyib.
O, bu addımın ABŞ-ın Polşa və Baltikyanı ölkələrdə əsgər yerləşdirməsinə cavab olduğunu bildirib.
Boqatırev Qərb Hərbi Dairəsi və Baltik donanmasının gücləndiriləcəyini deyib.
General-mayor Baltik donanmasının hipersionik silahlar, “Xəncər” aviasiya kompleksləri, “Peresvet” lazer döyüş kompleksləri və “Çirkon” raketləriylə təchiz ediləcəyini vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət