Slimfit
  1. HƏRB

Rusiya qorxulu silahlar üçün “əbədi” reaktor yaratdı

Rusiya qorxulu silahlar üçün “əbədi” reaktor yaratdı
Sakura

Rusiya qorxulu silahlar üçün “əbədi” reaktor yaratdı

Rusiyada sualtı gəmilərin bütün istismar müddətinə kifayət edəcək atom reaktorunun aktiv zonası uğurla sınaqdan keçirilib.

Modern.az “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Afrikantov adına Təcrübəli Maşınqayırma Dizayn Bürosu”nun keçən ilə aid hesabatında bildirilir.

Aktiv zonanı reaktorun yanacağının yerləşdiyi və zəncirvari parçalanma proseslərinin getdiyi əsas elementi, yəni, “ürəyi” adlandırılar.

Hesabatda bu cür reaktorların dördüncü nəsil atom sualtı gəmilərində uğurlu sınaqları və gələcəkdə bu mühərriklərə əsaslanan yeni layihələr üçün böyük üstünlüklər vəd etdiyi qeyd edilir.

Şimal donanmasının keçmiş komandanı admiral Vyaçeslav Papov gəminin yanacaq doldurma prosesini “bir nömrəli əməliyyat” adlandırır. Onun sözlərinə görə bu proses 1 aya kimi çəkir ki, bu müddət ərzində donanmanın döyüş gücü ən azı bir vahid azalır.

“Bu cür reaktorla isə sualtı gəmilərin istifadə göstəricisi dəfələrlə yüksəlir” – Papov qeyd edib.

Yəni bu yenilik Rusiyaya bütün donanmasını kəsintisiz istifadə etmək imkanı verəcək.

Donanmada, əsasən də atom sualtı gəmiləri üçün bu cür üstünlük dənizlərdə rəqib üzərində böyük təsir göstərəcəyi aydındır.

Belə ki, 2018-ci ilin göstəricilərinə görə Rusiya və ABŞ-ın donanma güclərini müqayisə etsək, görərik ki, birinci  sualtı gəmilərinin sayına görə üstünlüyə malikdir (Rusiya 72, ABŞ 63).

Bu yeni texnologiya isə Rusiyanın sualtındakı gücünü bir az da möhkəmlədə və rəqib üzərində böyük üstünlük sahibi olmağa imkan verəcək.

Qeyd edək ki, “Afrikantov adına Təcrübəli Maşınqayırma Dizayn Bürosu” Rusiya donanması üçün nüvə reaktorlarının aktiv zonalarının hazırlanması ilə məşğuldur. Bu layihə Rusiya prezidenti Vladimir Putinin martda qeyd etdiyi və reallaşdırılan “fantastik layihə”lərindən biridir.

 

Əvəz ZEYNALOV

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR