Dərc edildi: Baxış sayı: 471
Rusiya prezidenti Ermənistanın baş naziri ilə iyunun sonunadək iki dəfə görüşəcək
Rusiya prezidenti Vladimir Putin cari il iyunun sonunadək Ermənistanın baş naziri Nikol Paşinyanla iki dəfə görüşəcək.
“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilib ki, Vladimir Putin mayın 29-da Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçiriləcək Avrasiya İqtisadi İttifaqının sammitində və iyunda Sankt-Peterburqda təşkil olunacaq beynəlxalq iqtisadi forumda Nikol Paşinyanla görüşəcək.
Qeyd edək ki, Vladimir Putin cari il oktyabrın 1-də Ermənistana səfər edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət