Rusiya OPEC+ sazişinin sərtləşdirilməsinə tərəfdar ola bilər
Rusiya neft hasilatının həcminin azaldılmasına dair OPEC+ sazişinin şərtlərinin sərtləşdirilməsi variantını nəzərdən keçirir və gələn ay keçiriləcək iclasda belə bir təkliflə çıxış edə bilər.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə "Kommersant" nəşri öz mənbələrinə istinadən yazıb.
İyuldan etibarən OPEC+ çərçivəsində neft hasilatının gündəlik həcminin 9,7 milyon bareldən 8 milyon barelə düşəcəyi güman edilirdi. Bununla yanaşı, Rusiya mövcud kvotaların qüvvədə olma müddətinin daha 2 ay, yəni bu ilin sentyabr ayına qədər uzadılmasını istəyə bilər.
Cari göstəricilərin qorunması mövzusunun ölkənin energetika naziri Aleksandr Novakın mayın 26-da ölkənin neft şirkətlərinin rəhbərləri ilə görüşündə müzakirə edildiyi bildirilir. Məlumata görə, mövcud kvotaların uzadılması məsələsində şirkətlər arasında fikir ayrılığı var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət