Slimfit
  1. DÜNYA

Rusiya neftinin ixrac rüsumu artırılacaq

Rusiya neftinin ixrac rüsumu artırılacaq
Sakura

Rusiya neftinin ixrac rüsumu artırılacaq

 Cari ilin 1 oktyabr tarixindən Rusiyada neftin bir tonuna görə ixrac rüsumu 7,5 ABŞ dolları artırılaraq 137,5 dollara çatdırılacaq.

“Report”un Rusiya Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, neftin orta qiyməti 76 dollara çatmasa, Şərqi Sibir, Xəzər və Arktikadakı Prirazlom yataqlarından hasil olunan neft üçün rüsumların imtiyaz dərəcəsi sıfır səviyyəsində qalacaq.

Eyni zamanda, maye qazın 1 tonuna görə rüsumu 27,6 dollara, təmizlənmiş maye karbohidrogen qazının isə rüsumu 10,9 dollara çatdırılacaq. Həmçinin yüksək qatqılı neftin ixrac rüsumu oktyabrda 21,4 dollardan 22,7 dollaradək artırılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR