Slimfit
  1. DÜNYA

Rusiya NATO-nu içəridən bölür? – Şübhəli məqamlar

Rusiya NATO-nu içəridən bölür? – Şübhəli məqamlar
Sakura

Rusiya NATO-nu içəridən bölür? – Şübhəli məqamlar

NATO-ya üzv ölkələr arasında Rusiya ilə bağlı fikir ayrılıqları getdikcə daha da güclənəcək.

Axar.az xəbər verir ki, bunu “Valday” klubunun eksperti Vinsent Della Salla “RİA Novosti” agentliyinə müsahibəsi zamanı bildirib.

“NATO Rusiya ilə bağlı məsələdə necə davranmalı olduğu barədə qərar qəbul etməyib. Alyans üzvləri Rusiyanın beynəlxalq arenadakı rolu barədə fərqli fikirlərə sahibdirlər. NATO-ya bu yaxınlarda qoşulan Şərqi və Mərkəzi Avropa ölkələri əmindirlər ki, alyans ilk növbədə Rusiyadan saçan təhlükəyə görə narahat olmalıdır. Onlar Rusiya ilə hərbi münaqişə baş verəcəyi təqdirdə, NATO-nun 5-ci maddədən (kollektiv müdafiə - red.) istifadə edəcəyi barədə öhdəliyi tələb edirlər.

Eyni zamanda, Fransa və İtaliya kimi ölkələr hesab edirlər ki, alyans Rusiya ilə daha açıq münasibətlər qurmalı, birgə fəaliyyət üçün sahələr (məsələn, beynəlxalq terrorla mübarizə) tapmalıdır.

NATO-nun fərqli mövqelərdən çıxış edən bu iki tərəfi bir-birinə şübhə ilə yanaşır. Rusiya ilə münasibətlərə açıq olanlar hesab edir ki, bəzi Şərqi Avropa ölkələri öz aqressiv yanaşmaları ilə zərurət olmadan əbəs yerə gərginliyi artırırlar. Onlar həmçinin hesab edirlər ki, Qərbi Avropa ölkələri təhlükəsizlik məsələsinə yetərli dərəcədə yanaşmırlar və onlar etibarlı tərəfdaş deyillər. ABŞ-ın Rusiya ilə bağlı tutduğu qeyri-müəyyən mövqe bu gərginliyin alyansla Rusiyanın münasibətlərinə xələl yetirəcəyi anlamına gəlir”, - deyə Salla fikrini tamamlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR