Dərc edildi: Baxış sayı: 380
Rusiya MN: Qırıcılarımız Amerika PUA-sı ilə toqquşmayıb!
Rusiya Aerokosmik Qüvvələrinin nəzarət vasitələri Amerikanın MQ-9 pilotsuz təyyarəsinin Krım yarımadası ərazisində uçuşunu qeydə alıb, o, ərazinin sərhədlərini pozaraq uçub.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədaə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, hava obyektinin müəyyən edilməsi üçün havaya qaldırılan Rusiya qırıcıları Amerika PUA-sı ilə təmasda olmayıb:
“Pilotsuz uçan aparat kəskin manevr nəticəsində hündürlüyü itirərək nəzarətsiz uçuşa çıxıb və su səthi ilə toqquşub. Rusiya qırıcıları hava-desant silahlarından istifadə etməyiblər, pilotsuz uçuş aparatı ilə təmasda olmayıblar və öz baza aerodromuna qayıdıblar", - bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət