Rusiya, İran və Türkiyə prezidentlərinin görüşü Tehranda keçiriləcək
Kreml sentyabrın 7-də Tehranda baş tutacaq Rusiya, Türkiyə və İran prezidentlərinin sammitinin keçirilməsinə hazırlıqlarını təsdiqləyib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Daha əvvəl üçtərəfli sammitin İranın başqa şəhərində - Təbrizdə keçirilə biləcəyi barədə məlumat yayılmışdı.
"İran tərəfindən görüşün Tehran şəhərində keçirilməsi ilə bağlı məlumat almışıq. Odur ki, üçtərəfli görüş məhz Tehranda hazırlanır", - D.Peskov əlavə edib.
O həmçinin Türkiyə tərəfinin sammit çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın ayrılıqda görüş keçirəcəyi ilə bağlı məlumatını təsdiqləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət