Dərc edildi: Baxış sayı: 544
Rusiya hərbi təyyarəsi Estoniyanın hava sərhədini pozdu - Adada insident
Estoniya Havadan Müdafiə Qüvvələri Rusiyanı ölkənin hava məkanını pozmaqda ittiham ediblər.
Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, insident 18 may tarixində Estoniyaya məxsus Vayndlu adası yaxınlığında qeydə alınıb.
Xəbərdə bildirilir ki, Rusiya Hərbi Dəniz Qüvvələrinə aid olan "TU-154" təyyarəsi icazəsiz olaraq Estoniyanın hava sərhədlərini pozub. Təyyarə Estoniya ərazisində bir dəqiqə keçirib.
Hadisə ilə əlaqədar olaraq, Rusiyanın Estoniyadakı səfiri Aleksandr Pertova etiraz notası göndərilib.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət