Rusiya gənclərinin Azərbaycana səfəri başlayır
Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının üzvlərindən və ali məktəb tələbələrindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Bu barədə "Report"a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Belə ki, hər il Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın dəvəti ilə Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının üzvlərindən və ali məktəb tələbələrindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri təşkil edilir.
Bu il də ənənəvi olaraq, 24-29 iyulda nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır.
Şəfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın mədəniyyəti, elmi və tarixi ilə tanış olacaqlar, bir sıra dövlət və qeyri-hökumət təşkilatların nümayəndələri ilə görüşəcəklər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət