Dərc edildi: Baxış sayı: 580
Rusiya FGX Azərbaycanda nümayəndəlik açmaq niyyətindədir
Rusiyanın Federal Gömrük Xidməti (FGX) Azərbaycanda nümayəndəlik açmağı planlaşdırır.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə FGX-nin rəhbərinin birinci müavini Ruslan Davıdov mətbuat konfransında bildirib.
Azərbaycanla yanaşı, Hollandiya və Özbəkistanda da nümayəndəlik açılacaq.
"Dünyanın 20 ölkəsində Federal Gömrük Xidmətinin nümayəndəlikləri var və daha üç ölkədə ofislər açmağı planlaşdırırıq. Xüsusilə Avropa və Çin üçün iri aşırma bazası olan Hollandiya bizim üçün maraqlı ölkədir", - R.Davıdov deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət