Dərc edildi: Baxış sayı: 480
Rusiya federasiyasına məxsus yük avtomobili ilə qaz xəttini zədələdilər
Bu gün səhər saatlarında Xəzər rayonu, Binə qəsəbəsi Sovxoz ərazisi adlanan yerdə Rusiya Federasiyasına məxsus dövlət nömrə nişanlı “Volva” markalı yük avtomobili ilə qəza törədilib. Belə ki, həmin avtomobillə vurularaq diametri 273 mm olan orta təzyiqli qaz xətti qırılıb. Kəmərin 20 metrlik hissəsi dayaqlardan düşüb və qaynaq yerindən aralanıb. Təhlükəsizlik tədbirləri olaraq qaz sızmasının qarşısını almaq üçün təqribən 9 minə yaxın abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Ərazidə təcili bərpa işləri aparılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət