Slimfit
  1. DÜNYA

Rusiya Ermənistandan məhsul idxalını qadağan edib

Rusiya Ermənistandan məhsul idxalını qadağan edib
Sakura

Rusiya Ermənistandan məhsul idxalını qadağan edib

Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidməti (Rosselxoznadzor) Avrasiya İqtisadi Birliyinin (AİB) sanitar-baytarlıq tələblərinin pozulması ilə əlaqədar Ermənistanın bəzi müəssisələrinin məhsullarının Rusiyaya idxalına müvəqqəti məhdudiyyətlər qoyub.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Rosselxoznadzor"un yaydığı bəyanatda bildirilir ki, aparılan laborator yoxlamaların nəticəsində AİB-nin sanitar-baytarlıq tələblərinə cavab verməyən müəssisələrin məhsulları ölkə ərazisinə buraxılmayacaq.

Məhdudiyyətlər həmçinin Almaniya və Koreyanın da bəzi müəssisələrinin məhsullarına tətbiq olunacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR