Slimfit
  1. DÜNYA

Rusiya ən güclü topunu modernizə edir

Rusiya ən güclü topunu modernizə edir
Sakura

Rusiya ən güclü topunu modernizə edir

Rusiya dünyanın ən güclü toplarından biri olan “Malka”nı modernizasiya edib.

Axar.az xəbər verir ki, bunu “Uraltransmaş” şirkətinin baş direktoru Dmitri Semizorov RİA-ya müsahibəsində deyib. O, sınaqların dekabrın sonuna qədər başa çatacağını bildirib.

Qeyd edək ki, 2S7M Malka 2S7 Pionun yenilənmiş variantıdır. 1983-cü ildə istehsal olunub. T-80 tankının şassisi üzərində yaradılıb, əsas silahı 203 mm-lik 2A44 topudur. Heyəti 7 nəfərdən ibarətdir. Nüvə sursatı daşıya bilir. Adi mərmilər ilə maksimal atəş məsafəsi 47.5 km təşkil etsə də, bunu 55.5 km-ə qədər artırmaq olar.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR