Slimfit
  1. AZƏRBAYCAN

Rusiya DİN - "Azərbaycan istirahət üçün təhlükəsiz ölkədir"

Rusiya DİN - "Azərbaycan istirahət üçün təhlükəsiz ölkədir"
Sakura

Rusiya DİN - "Azərbaycan istirahət üçün təhlükəsiz ölkədir"

Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları üçün təhlükəsiz səyahət edə biləcəkləri ölkələrin siyahısı təsdiqlənib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Vladimir Kolokoltsev sərəncam imzalayıb.

Təsdiq olunmuş təhlükəsiz ölkələr siyahısına Azərbaycan, Belarus, Çin, Kuba, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Vyetnam daxil olub.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsini şərh edərkən bildirmişdi ki, Azərbaycana getməməyi bu ölkə haqqında hər hansı təsəvvürü olmayan insanlar tövsiyə edə bilər:

"Mən dəfələrlə və böyük məmnuniyyətlə Azərbaycana səfər edən biri kimi deyə bilərəm ki, turistlərə bu ölkəyə getməməyi tövsiyə etmək sadəcə cəfəngiyyatdır".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR