Dərc edildi: Baxış sayı: 240
Rusiya cəmi 80 qırıcı itirib, ordusu isə... - NATO generalı
Ukraynalılar Rusiya ordusuna qarşı əks-hücum etmək üçün yaxşı vəziyyətdədirlər.
Axar.az xəbər verir ki, bunu NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı, general Kristofer Kavoli deyib.
O bildirib ki, ABŞ mümkün qəfil hücum üzərində ukraynalılarla birlikdə işləyib.
Kavolinin sözlərinə görə, Ukraynaya qarşı müharibədə çoxsaylı itkilərə baxmayaraq, Rusiyanın quru qoşunları bu gün müharibənin əvvəlində olduğundan daha çoxdur:
“Rusiya quru qoşunlarından başqa, istifadə edə biləcəyi bir sıra başqa imkanlara da malikdir. Hərbi-hava qüvvələri çox az itki verdi: 80 təyyarə itirdi. Onların daha 1000 qırıcı və qırıcı-bombardmançı təyyarəsi var".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət