Dərc edildi: Baxış sayı: 251
Rusiya bu istiqamətdə sərhədini gücləndirir
Rusiya ordusu Finlandiya NATO-ya daxil olduqdan sonra şimal-qərb sərhədlərinin müdafiəsi üzərində işləməyə başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Hava-Kosmik Qüvvələri rəhbərinin müavini, general-leytenant Andrey Demin məlumat verib.
“Finlandiya NATO blokuna daxil olub. İsveç də alyansa daxil olmağa hazırlaşır. Bu şərtlər daxilində hava hücumundan müdafiə qüvvələri ölkənin şimal-qərbində təhdidlərin artmasına uyğun olaraq dövlət sərhədinin mühafizəsi məsələlərini işləyir”, - Demin bildirib.
Qeyd edək ki, aprelin 4-də Finlandiya NATO üzvlüyünə qəbul edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət