Dərc edildi: Baxış sayı: 248
Rusiya beynəlxalq uçuşları bərpa edir
Rusiya beynəlxalq uçuşları ikimərhələli şəkildə yenidən başladacaq.
Ens.az Publika.az-a istinadən xəbər verir ki, Koronavirusla Mübarizə Mərkəzi, Nəqliyyat Nazirliyi, Mülki Aviasiya Agentliyi və “Aeroflot” aviaşirkəti məsələ ilə bağlı təklifi qəbul edib.
Bu istiqamətdə aidiyyəti nazirlik və qurumların uçuşların başladılması ilə bağlı qərar verilməsi istiqamətində hökumətə həll yolu təqdim etməsi gözlənilir.
Qeyd edək ki, təklif 6 iyulda keçirilən toplantıda Rusiya Nəqliyyat naziri Yevgeni Ditrix, Mülki Aviasiya Agentliyinin prezidenti və “Aeroflot”un İdarə Heyətinin sədri Vitali Savelyev tərəfindən verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət