Dərc edildi: Baxış sayı: 453
Rusiya Belarusun süd məhsullarına qadağa qoydu
“Rosselxoznadzor” iyunun 6-dan etibarən Belarusda istehsal olunan süd və bəzi süd məhsullarının Rusiyaya idxalını məhdudlaşdıracaq.
Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Qadağa 2,5 litrdən çox tutumu olan istehlakçı qablaşdırmasında olan süd məhsullarına şamil edilir.
“Rosselxoznadzor” bu qərarı idxal olunan məhsullarda bir sıra pozuntuların ortaya çıxması ilə əlaqələndirib. Qadağanın nöqsanların aradan qaldırılmasından sonra ləğv olunacağı bildirilir.
Xatırladaq ki, bundan əvvəl fevral ayında da Belarusda istehsal olunmuş süd məhsullarının Rusiyaya idxalı qadağan edilmişdi.
F.M.
www.oxu.az
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət