Slimfit
  1. DÜNYA

Rusiya “Bayraktar”a görə Türkiyə meyvələrinə qadağa qoyub

Rusiya “Bayraktar”a görə Türkiyə meyvələrinə qadağa qoyub
Sakura

Rusiya “Bayraktar”a görə Türkiyə meyvələrinə qadağa qoyub

Türkiyənin Ukraynaya pilotsuz uçuş aparatları satması Rusiyanı çox qəzəbləndirib. Kreml Türkiyə meyvələrinə qadağa qoymaq qərarına gəlib. Bu dəfə naringilərin gətirilməsinə icazə verilmir.

Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki, “Rospotrebnadzor” oktyabrın 29-dan etibarən pestisidlərin icazə verilən maksimum səviyyəsinin aşıldığını bildirərək Türkiyə naringilərinin Rusiyaya idxalını növbəti xəbərdarlığa qədər dayandırır. İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmət qida məhsulları ilə bağlı qanuni tələbin pozulmasını bəhanə gətirib. Guya “Xlorpirifos” pestisidinin miqdarı çox yüksəkdir.

Rusiya bir müddət əvvəl Türkiyədən gətirilən pomidorlarla bağlı da oxşar qərar qəbul etmişdi. Adətən, Kremlin belə qərarları siyasi xarakter daşıyır. Türkiyənin Krım məsələsində Ukraynanın mövqeyini müdafiə etməsi Moskvanı özündən çıxarır. Üstəlik, Kiyevə “Bayraktar” satılması Rusiyanı çox narahat edir. Kremlin özünü necə aparmasından asılı olmayaraq, Ankara mövqeyini dəyişmir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR