Dərc edildi: Baxış sayı: 574
Rusiya aviaşirkətlərinin Çexiyaya girişi dayandırıldı
Rusiyanın Ural Hava Yolları şirkəti Çexiyaya uçuşlarını dayandırıb.
Axar.az xəbər verir ki, bu məlumat şirkətin “Vkontakte” səhifəsində yer alıb. Şirkət bu addımı Çexiya hökumətinin qərarı ilə atdığını bildirib. Belə ki, rəsmi Praqa aviaşirkətin təyyarələrinin ölkəyə girişini qadağan etdiyini bəyan edib.
Maraqlı məqam odur ki, analoji qadağa “Pobeda” və “Aeroflot” aviaşirkətlərinin də təyyarələrinə aid olunub.
Hələlik Çexiya hökumətinin Rusiya aviaşirkətlərinə qarşı niyə belə addım atdığı açıqlanmayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət