Slimfit
  1. DÜNYA

"Rusiya ABŞ-ın əsas silahının məlumatlarını ələ keçirdi, ona görə Türkiyə..." - General hər şeyi açdı

"Rusiya ABŞ-ın əsas silahının məlumatlarını ələ keçirdi, ona görə Türkiyə..." - General hər şeyi açdı
Sakura

"Rusiya ABŞ-ın əsas silahının məlumatlarını ələ keçirdi, ona görə Türkiyə..." - General hər şeyi açdı

ABŞ Müdafiə Nazirliyi (Pentagon) yeni nəsil F-35 qırıcı təyyarələrinin Avtonom Logistika İnformasiya Sistemində (Autonomic Logistics Information System-ALIS) ortaya çıxan problemlərin aradan qaldırılmadığını açıqlayıb. Nazirlik bildirib ki, hər 3 F-35-dən 1-i bütün əmrləri yerinə yetirmək potensialına qədər təkmilləşməyib.

Publika.az xəbər verir ki, bu açıqlama Türkiyənin istehsal layihəsindən çıxarılmasının ona faydası olduğu təəssüratı yaradıb.

Hərbi mütəxəssislərin fikrincə, F-35 Türkiyə Hərbi Hava Qüvvələrini ABŞ-dan asılı hala sala bilər.

Təqaüddə olan general-polkovnik Bəyazid Karadaş da F-35 qırıcılarının Türkiyəyə gətirilməməsinin gətirilməsindən daha yaxşı olacağını vurğulayıb:

“F-35 təyyarələrinin texniki xüsusiyyələti göz önünə gətirildikdə, qısaca, görünməzliyi, antenləri, sensorları, silah sistemləri və NATO-nun müşətərək layihəsi konseptinə uyğyun hər platforma kriptoqrafik bağlantılara məlumat ötürülməsi və paylaşımı özəlliklərinə sahib qüsursuz təyyarə təəssüratı yarada bilər. Türkiyə ilə ABŞ və NATO arasındakı problemlərin fonunda F-35A təyyarələri logistik sistemi işlətməsi baxımından milli logistik sistemi sıradan çıxaracağı üçün xüsusi əhəmiyyətə malik problem kimi qarşımızda dayanır. F-35A-nın idarəetməsi Türkiyənin nəzarətindən çıxacaq. Bunlardan birincisi Avtonom Logistika İnformasiya Sistemi, ikincisi Performans Əsaslı Logistikadır. Təyyarənin bütün bilgiləri ALIS vasitəsilə eyni yerdə - ABŞ-a aid şirkətdə toplanacaq. ALIS ağıllı smartfon kimi logistika sisteminə nəzarət etmək üçün 65-dən çox tətbiqdən ibarətdir. Bütün ömrü boyunca sistemin bir və ya iki ildə yenilənməsi aparılacaq. İstifadəçilərin asılı qalması təmin ediləcək və mövcud vəziyyətdə bildiyimiz xərclər 4 qat çoxalacaq. ALIS Türkiyə Hərbi Hava Qüvvələrinin bütün hərəkat, təlim, qulluq və təchiz zəncirini nəzarətdə saxlayacaq. Qoşunların bütün məlumatları Türkiyə ilə yanaşı, ABŞ-da da depolanacaq”.

General-polkovnik bildirib ki, F-35-lərin hərəkata dair bütün özəlliklərinin böyük qismi, onsuz da, çoxdan Rusiyanın əlinə keçib. Ona görə də ABŞ Türkiyə S-400 sistemlərini alarkən ortaya mənasız və zəif bəhanələr atıb. Əgər F-35-in çatışmazlıqları üzə çıxsa, təyyarədən imtina edənlərin sayı artacaq və qiyməti aşağı düşəcək.

Qeyd edək ki, F-35A qırıcılarının hazırkı bazar qiyməti 83 milyon dollara (141,1 milyon manat) yaxındır.

Zümrüd

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR