Dərc edildi: Baxış sayı: 874
Rusiya 300 min əsgərlə hücuma hazırlaşır
Ukraynanın şərqində Rusiya qüvvələri Luqansk vilayətindən Donetsk vilayətinin Uqledar bölgəsinə doğru irəliləməyə çalışacaqlar. Bunun üçün düşmənin üç dəstəsi var.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi analitik Aleksey Getman bildirib.
"Dəstələrdən biri Kupyanski və Liman istiqamətindədir, təxminən 120 min hərbçi var. Baxmut ətrafında 30-50 min, cənubda Uqledar yaxınlığında, təxminən 150 min əsgər cəmləşib. Bu, onların irəliləməyə çalışacağı üç yerdir", – ekspert vurğulayıb.
Getman qeyd edib ki, hava şəraiti ukraynalı müdafiəçilərin xeyrinədir, çünki indiki şəraitdə ağır texnika ilə hərəkət etmək mümkün deyil.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət