Slimfit
  1. DÜNYA

Rus politoloq: Türkiyənin əməliyyatı 5 günə bitəcək

Rus politoloq: Türkiyənin əməliyyatı 5 günə bitəcək
Sakura

Rus politoloq: Türkiyənin əməliyyatı 5 günə bitəcək

Suriyanın şimal-şərqində aparılan əməliyyatın 5 gün ərzində həll ediləcəyini düşünürəm, yəni Türkiyənin oradakı hərəkatı uzun çəkməyəcək.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Evstafyev Suriyadakı hadisələrlə bağlı proqnozunu açıqlayarkən bildirib.

"Əgər regionda ciddi silahlı toqquşmalar başlasa, hər şey müəyyən mərhələyə qədər hava hücumları ilə məhdudlaşacaq. Bu halda Səudiyyə Ərəbistanının necə hərəkət edəcəyi maraqlıdır, çünki amerikalılardan sonra Suriyadakı münaqişəni dəstəkləmək üçün ən çox pul yatıran onlardır. Bu arada Prezident Rəcəb Tayyib Ərdoğan heç bir şey itirmir, Türkiyənin Avropa ilə münasibətləri onsuz da çox pis gedirdi. Ancaq Avropa Ərdoğanın 2015-ci ildə miqrantlarla bağlı necə bir yaxşılıq etdiyini unutdu, Ərdoğan isə bu yaxşılığı xatırlatdı. ABŞ-a gəlincə, Tramp yalnız şifahi olaraq sanksiya tətbiqindən danışır, əslində Türkiyənin qarşısına hər hansı bir şey çıxarmaya bilər. Tramp hərbi mənada hər hansı bir həmlədən bəhs etmir, yalnız sanksiyalardan söz açır", - rus politoloq qeyd edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR