Dərc edildi: Baxış sayı: 581
Rumıniyada fövqəladə vəziyyət tətbiq olunacaq
Rumıniyada martın 16-dan fövqəladə vəziyyət tətbiq olunacaq.
Trend-in məlumatına görə, bu barədə ölkə Prezidenti Klaus Yohannis bildirib.
"Yeni hökumətin ilk prioriteti koronavirus epidemiyasına qarşı mübarizənin davamıdır. İndi var gücümüzlə bu mübarizəni davam etdirəcəyik. Qəbul ediləcək tədbirlərin vaxtında və səmərəli olması bu mübarizə üçün çox vacibdir. Mən, gələn həftənin əvvəlindən fövqəladə vəziyyət elan etməyə qərar verdim", - deyə Yohannis deyib.Prezidentin müşaviri onu da bildirdi ki, koronavirusla bağlı müayinədən keçmiş kabinetin bütün üzvlərinin analizlərinin nəticələri mənfi olub. Son məlumatlara görə, Rumıniyada yeni növ koronavirusa yoluxmuş şəxslərin sayı 109-a çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət