Slimfit
  1. SİYASƏT

Ruhanidən Azərbaycanla bağlı mühüm mesaj

Ruhanidən Azərbaycanla bağlı mühüm mesaj
Sakura

Ruhanidən Azərbaycanla bağlı mühüm mesaj

İranla Azərbaycan Respublikasının ikitərəfli iqtisadi əlaqələrinin inkişafı üçün lazımi infrastrukturun inşası davam etdirilir.

Oxu.Az İran KİV-ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Həsən Ruhani Şərqi Azərbaycan vilayətinə səfəri zamanı çıxış edərkən deyib.

O bildirib ki, vilayətin qonşu ölkələrlə əlaqə qurması üçün üstünlükləri mövcuddur. H.Ruhani söyləyib ki, İran Avrasiya İqtisadi İttifaqı ilə ticarət sazişi imzalayıb və bu, ixracı daha da inkişaf etdirəcək.

İran Prezidentinin fikrincə, ölkəsinin Azərbaycanla da əlaqələri inkişaf edəcək. O, bununla bağlı danışıqlar aparıldığını deyib.

H.Ruhani Araz çayının çirkləndirilməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, İran tərəfi Ermənistan rəsmiləri ilə görüşlərdə bu məsələni qaldırıb.

H.Ruhani bildirib ki, İran bu məsələni gələcəkdə ciddi şəkildə diqqətdə saxlayacaq.

“Bizim bununla bağlı Ermənistanla razılaşmamız var”, - deyə H.Ruhani əlavə edib.

Aqşin Kərimov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR