Ruhani Trampla görüşdən imtina etdi
İran Prezidenti Həsən Ruhani ABŞ lideri Donald Trampla görüşməkdən imtina edib.
BBC-nin məlumatına görə, H.Ruhani deyib ki, İrana qarşı sanksiyalar aradan qaldırıldıqdan sonra D.Trampla görüşə bilər.
“Bu addım atılmasa, qıfıllar açılmayacaq”, - deyə H.Ruhani əlavə edib.
Xatırladaq ki, ötən il ABŞ İranın nüvə fəaliyyətini məhdudlaşdıran sazişdən imtina etdikdən sonra Vaşinqtonla Tehran arasında gərginlik artıb.
2018-ci ilin noyabr ayında İranın neft və maliyyə sektorlarını hədəf alan sanksiyaların tətbiqinə başlanıb.
ABŞ Prezidenti D.Tramp sazişin yenidən müzakirə edilməsini və onun daha da genişləndirilməsini istəyir. Məqsəd İranın ballistik raket proqramını və Yaxın Şərqdəki münaqişədə iştirakını məhdudlaşdırmaqdır. İran isə bunu rədd edir.
İrana qarşı sanksiyalar ölkənin neft ixracının çökməsinə, milli valyutasının dəyərdən düşməsinə və inflyasiyanın yüksəlməsinə səbəb olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət