Slimfit
  1. DÜNYA

Ruhani: "Süleymani ABŞ generallarını asanlıqla məhv edə bilərdi"

Ruhani: "Süleymani ABŞ generallarını asanlıqla məhv edə bilərdi"
Sakura

Ruhani: "Süleymani ABŞ generallarını asanlıqla məhv edə bilərdi"

Ens.az xəbər verir ki, İran prezidenti Həsən Ruhani bildirib ki, ABŞ-ın hücumu nəticəsində ölən İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Suleymani bölgədəki Amerika generallarını asanlıqla məhv edə bilərdi.

"Bizim bölgəmizdə heç kim general Süleymaninin regionda sabitlik və əmin-amanlıq üçün səy göstərdiyinə şübhə etmir. O, istəsəydi, Əfqanıstanda, İraqda və digər yerlərdə Amerika generallarını asanlıqla öldürə bilərdi" - Ruhani Tehrandakı diplomatik nümayəndəliklərin rəhbərləri ilə keçirdiyi görüşdə vurğulayıb.

Onun sözlərinə görə, rəsmi olaraq başqa bir ölkənin ərazisində olan bir şəxsin öldürülməsi, bütün beynəlxalq normaların pozulmasıdır.

Qeyd edək ki, bu u il yanvarın 3-nə keçən gecə Birləşmiş Ştatlar Bağdadın beynəlxalq hava limanı ərazisində İran ordusunun Əl-Quds xüsusi təyinatlı elit bölməsinin komandiri, general Qasım Süleymani və İraq birləşmiş şiə qoşunlarının rəhbərinin müavini, Vaşinqton tərəfindən ötən il dekabrın 31-də Bağdaddakı ABŞ səfirliyinə hücumlarım təşkilində iştirak etdiyi günahlandırılan Əbu Mehdi əl-Muhandisə qarşı əməliyyat keçirmişdi.

İran bu hücuma yanvarın 8-də ABŞ hərbi kontingentinin yerləşdiyi İraqdakı bazalara atılan raketlərlə cavab vermişdi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR