Slimfit
  1. DÜNYA

Ruhani istefaya gedir? - Rəsmi açıqlama

Ruhani istefaya gedir? - Rəsmi açıqlama
Sakura
:0

Ruhani istefaya gedir? - Rəsmi açıqlama

Prezident Həsən Ruhani istefa verməyəcək. Bu məsələ gündəmdə deyil.

Axar.az xəbər verir ki, bu sözləri İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi dekabrın 16-da keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Prezidentin istefasını heç kim istəmir və dəstəkləmir.

Qeyd edək ki, bu məsələ təsadüfən meydana çıxmayıb. Son günlər İranın siyasi dəhlizlərində və mətbuatda prezidentin istefa vermək məcburiyyətində qalacağı barədə müzakirələr gedir. Ötən həftə yerli mətbuatda Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin də istefa verəcəyi ilə bağlı məlumatlar dərc olunmuşdu. Lakin nazir bəyan etdi ki, o, istefa verməyib və vəzifəsini yerinə yetirməkdədir.

İranda sosial-iqtisadi problemlər dərinləşdikcə, bu kimi məlumatların sayı da artır. İran ictimaiyyəti hesab edir ki, Ruhani-Zərif siyasəti ölkəyə heç bir divident gətirmir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR