Rövşən Rzayev köçkünlərin şikayətini dinlədi
Avqustun 28-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev məcburi köçkünlərin növbəti qəbulunu keçirib.
Komitədən Modern.az-a verilən məlumata görə, qəbulda Dövlət Komitəsinin sədri, sədr müavinləri, şöbə və departament müdirləri iştirak edib.
Məcburi köçkünlər komitə nümayəndələrinə mənzil, kommunal xidmətlər, status, işəgötürmə ilə bağlı müraciət edib.
Məlumat verilib ki, məcburi köçkünlərə qayğı dövlət siyasətinin prioritetlərindəndir. Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərini hər zaman diqqət mərkəzində saxlayır, onların maddi rifah halının yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi iləbağlı tapşırıqlar verir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə böyük layihələr həyata keçirilir. Məcburi köçkünlərin problemlərinin həlli və yaşayış şəraitinin yaxşılaşdırılması ilə əlaqədar qəbul edilmiş Dövlət Proqramı uğurla icra edilir.
Dövlət Komitəsinin sədri müraciətləri ayrı-ayrılıqda dinləyib. Qeydə alınmış müraciətlərlə əlaqədar qanuna uyğun tədbirlərin görüləcəyini bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət