Dərc edildi: Baxış sayı: 318
Rövşən Nəcəf: Cərimələr sərtləşdirilə bilər
"Hökumət biznes fəaliyyətinin canlandırılması istiqamətində müvafiq tədbirlər görür".
Ens.az MediaPost-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Nazir müavini bir sıra iş yerləri və obyektlərinin açılması istiqamətində müzakirələr aparıldığını deyib: “Biz sahibkar, dövlət, vətəndaş biriliyini bir daha nümayiş etdirəcəyimizə əminik”.
R.Nəcəf yumşaldılma ilə yanaşı cərimələrin sərtləşməsi, daha sərt cərimə tətbiqi ilə bağlı müzakirələr aparıldığını əlavə edib: "Təkcə maliyyə sanksiyalarından söhbət getmir. Burada daha sərt cəza mexanizmlərinin tətbiqi ilə bağlı müzakirələr gedir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət