Slimfit
  1. İQTİSADİYYAT

Rövnəq Abdullayev: “Son 10 ildə SOCAR-ın dövriyyəsi 26 dəfədən çox artıb”

Rövnəq Abdullayev: “Son 10 ildə SOCAR-ın dövriyyəsi 26 dəfədən çox artıb”
Sakura

Rövnəq Abdullayev: “Son 10 ildə SOCAR-ın dövriyyəsi 26 dəfədən çox artıb”

"Son 10 ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dövriyyəsi 26 dəfədən çox artıb və gəlirlərin böyük hissəsi Azərbaycanın hüdudlarından kənarda əldə olunub".

Report” xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində qeyd edilib:

"Xarici aktivlərimiz, Gürcüstan, Türkiyə, Ukrayna, Rumıniya, İsveçrə, Avstriya, BƏƏ kimi ölkələrdə əldə etdiyimiz terminallar, limanlar, zavodlar, emal, neft-kimya, logistika kompleksləri, yanacaqdoldurma və texniki servis məntəqələri Azərbaycan dövlətinin mülkiyyəti olaraq, ölkəyə sabit dividendlər gətirir, onun iqtisadi gücünün möhkəmlənməsinə xidmət edir. Azərbaycan SOCAR-ın timsalında qardaş Türkiyənin ən böyük xarici investorudur. Ötən il Türkiyədə tikib istismara verdiyimiz STAR neft emalı zavodunda istehsal olunan məhsullar ən böyük aktivimiz olan “Petkim”i xammalla təchiz etməklə yanaşı Türkiyədəki biznes şəbəkəmizin inkişafına yeni təkan verib”.

O qeyd edib ki, son 10 ildə SOCAR-ın aktivləri 4 dəfədən çox, cəmi pul vəsaitləri və ekvivalentləri isə 9 dəfəyə yaxın artım tempi göstərib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR