Slimfit
  1. İDMAN

Rövnəq Abdullayev cüdo üzrə dünya çempionatı qaliblərinin mükafatlandırılması mərasimində iştirak edib

Rövnəq Abdullayev cüdo üzrə dünya çempionatı qaliblərinin mükafatlandırılması mərasimində iştirak edib
Sakura

Rövnəq Abdullayev cüdo üzrə dünya çempionatı qaliblərinin mükafatlandırılması mərasimində iştirak edib

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında üçüncü günün qalibləri müəyyənləşib.

Report” xəbər verir ki, qadınlar arasında 57 kiloqram çəki dərəcəsində finalda Nekoda Smite-Davisə (Böyük Britaniya) qalib gələn Tsukasa Yoşida (Yaponiya) dünya çempionu olub.

Kişilər arasında 73 kiloqram çəki dərəcəsində finalda yaponiyalı Soiçi Haşimoto və Koreya Respublikasının cüdoçusu Çanqrim An üz-üzə gəliblər. Görüş koreyalı idmançının qələbəsi ilə yekunlaşıb.

Bu çəki dərəcəsində Azərbaycanı təmsil edən Hidayət Heydərov Monqolustan idmançısı Tsoqtbaatar Tsend-Oçirə qalib gələrək bürünc medal qazanıb.

Qaliblərə medalları Azərbaycan Cüdo Federasiyasının prezidenti, Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü Rövnəq Abdullayev təqdim edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR