“Rosneft” və CNPC hasilat və kəşfiyyat sahəsində əməkdaşlıq edəcək
“Rosneft” və Çinin Milli Neft-qaz Korporasiyası - CNPC Rusiya ərazisində kəşfiyyat və hasilat sahəsində əməkdaşlıq üzrə əməkdaşlıq sazişi imzalayıb.
“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Razılaşmaya əsasən CNPC “Rosneft”in Şərqi və Qərbi Sibirdəki iri neft-qaz layihələrində minoritar pay sahibi olmaq imkanı əldə edəcək.
Çinlə əməkdaşlığın genişləndirilməsində daha bir addım isə “Rosneft”lə “Beijing Gas” şirkəti arasında bağlanan müqavilə olub. Bu müqavilə Rusiyada qazdoldurma kompressor stansiyası şəbəkəsinin tikilməsi və istismara verilməsi üçün birgə müəssisə yaradılması üzrə əsas şərtləri müəyyənləşdirir. Bu sazişin reallaşması nəticəsində şirkət Rusiyada 160 avtomobil qazdoldurma kompressor stansiyası tikməyi planlaşdırır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət