Slimfit
  1. İDMAN

Ronaldu İspaniya Futbol Federasiyasının təklifini rədd edib

Ronaldu İspaniya Futbol Federasiyasının təklifini rədd edib
Sakura

Ronaldu İspaniya Futbol Federasiyasının təklifini rədd edib

Portuqaliya milli komandasının və İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu İspaniya Futbol Federasiyasının dəvətini rədd edib. 

"Report" AS nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu Madriddə Argentinanın "River Pleyt" və "Boka Xuniors" komandaları arasında Libertadores Kubokunun cavab final oyununu izləmək təklifini geri çevirib. Bu ilin yayında "Real Madrid"i İtaliya "Yuventus"una dəyişən 33 yaşlı forvard belə tez bir zamanda İspaniyaya dönməsinin erkən olduğunu əsas gətirib. 

Qarşılaşmanı "Barselona"nın argentinalı futbolçusu Lionel Messinin canlı izləyəcəyi bildirilir. 

Qeyd edək ki, "River Pleyt" - "Boka Xuniors" matçı dekabrın 9-da "Real Madrid"in ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionunda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.  Bu komandalar arasında ilk matçda 2:2 hesabı qeydə alınıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR