Ronaldodan 17 yaşlı qızlara təsirli məktub
“Yuventus”un hücumçusu Kriştiano Ronaldo Portuqaliyanın qızlardan ibarət U-17 millisinin üzvlərinə Avro-2020-nin elit raunduna vəsiqə qazanmaları münasibəti ilə “Mercurial” butsları hədiyyə edib.
Qol.az xəbər verir ki, o, hədiyyələrlə yanaşı futbolçulara təsirli motivasiyalı məktub da göndərib. Məktubda yazılıb:
Mən dünyanın ən güclü futbolçusu olmaq istəyirdim. Mən idman zalında, meydançada məşq etməklə əlimdən gələn hər şeyi edirdim ki, bu arzumu gerçəkləşdirə bilim. Ona görə də arzulamaq və inanmaq həmişə vacibdir. Bəzən hətta çox çalışmaqdan belə...
Mən öz arzumu həyata keçirdim. İnanıram ki, siz də bunu edəcəksiniz. Əgər mən bunu bacarmışamsa, siz də edə bilərsiniz. Sizi elit raunda vəsiqə qazanmağınız münasibəti ilə təbrik edirəm. Növbəti qələbələrə köklənin!”
Hədiyyəyə və məktuba görə təşəkkür edən qızlar isə bir otağa yığışaraq birlikdə “Siiii!” (Həəəəə ! – red) deyə qışqıraraq Ronaldoya cavab veriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət