Slimfit
  1. İDMAN

Ronaldo "Qızıl top"un mükafatlandırma mərasiminə getmir

Ronaldo "Qızıl top"un mükafatlandırma mərasiminə getmir
Sakura

Ronaldo "Qızıl top"un mükafatlandırma mərasiminə getmir

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo "Qızıl top"un mükafatlandırma mərasiminə getməyəcək.

Bu barədə italiyalı jurnalist Alessandro Alçato özünü "Tvitter" səhifəsində yazıb. O, portuqaliyalı hücumçunun səsvermədə ikinci yeri tutduğu üçün bu addımı atdığını yazıb.

 
Bildirib ki, "Qızıl top"u Xorvatiya millisinin və "Real"ın yarımmüdafiəçisi Luka Modriç alacaq. Üçüncü yeri isə Fransa millisinin və "Atletiko"nun oyunçusu Antuan Qrizmann tutub. Onun da mərasimi buraxacağı gözlənilir.

Qeyd edək ki, "France Football" nəşrinin təsis etdiyi "Qızıl top"un qalibinin adı dekabrın 3-də Parisdə keçiriləcək tədbirdə açıqlanacaq.

 

 

Mənbə : Strategiya.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR