Dərc edildi: Baxış sayı: 586
Ronaldo növbəti dəfə komandasına qələbə qazandırıb
Turinin “Yuventus” klubu İtaliya A seriyasının 19-cu turunda “Roma”ya qalib gəlib.
İnterAz xəbər verir ki, qarşılaşma Romada keçirilib və qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İtaliyanın hazırkı çempionları artıq 3-cü dəqiqədə hesabı açıblar. Merih Demiral qonaqları dəqiq zərbəsi ilə sevindirib.
Bundan 7 dəqiqə sonra Kriştiano Ronaldo penalti ilə “Yuventus”un üstünlüyünü artırıb – 2:0.
Meydan sahibləri bu qollardan yalnız birinin əvəzini çıxa biliblər. “Roma”nın heyətində yeganə qolu Dieqo Perotti 11 metrlik cərimə zərbəsindən vurub.
“Yuventus” ardıcıl dörd qələbə qazanaraq 48 xalla turnir cədvəlinə başçılıq edir. “Roma” 35 xalla yarış cədvəlində 5-ci yerdə qərarlaşıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət