Slimfit
  1. İDMAN

Ronaldo Messiyə çatdı

Ronaldo Messiyə çatdı
Sakura

Juventus İtaliya A Seriyasının 20-ci turunda öz meydanında Chievo-nu məğlub edib

Juventus İtaliya A Seriyasının 20-ci turunda öz meydanında Chievo-nu məğlub edib (3:0)

Goal.az xəbər verir ki, Turin təmsilçisinin hücumçusu Kriştiano Ronaldo, 53-cü dəqiqədə penalti vuruşundan yararlana bilməyib. Bununla da, portuqaliyalı futbolçu karyerası ərzində 25-ci dəfə qapıçıyla dueldən məğlub ayrılıb.

Ronaldo qaçırılan penalti vuruşlarının sayında Barcelona-nın futbolçusu Lionel Messiyə çatıb. Argentinalı hücumçu da 25 dəfə penalti vuruşunu qola çevirə bilməyib.

Ronaldo həm də, Juventus-un heyətində ilk dəfə penalti vuruşunu qola çevirə bilməyib. O, bundan əvvəl Turin təmsilçisində 4 dəfə penalti zərbəsindən fərqlənib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR