Dərc edildi: Baxış sayı: 532
Ronaldo məşhur tennisçiyə tullanmağı öyrətdi
“Yuventus”un oyunçusu Kriştiano Ronaldo məşhur tennisçi Novak Cokoviçə tullanmaq texnikasını öyrədir.
Britaniya mətbuatı xəbər verir ki, ulduz futbolçu İnstagram hesabında tennisçiyə düzgün tullanmağın üsullarını öyrədən şəkillər paylaşıb.
Ronaldo postun altından bu sözləri yazıb: “Cokoviçə hündürlüyə tullanmağı öyrədərkən. Səninlə görüşmək və birlikdə məşq etmək xoşdur”.
Qeyd edək ki, Ronaldo bu yaxınlarda İtaliya çempionatında “Sampdoriya”nın qapısına 2 metr 56 santimetr hündürlükdən başla vurduğu qolla gündəmə gəlib.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət