Dərc edildi: Baxış sayı: 449
Ronaldo 18 milyon avrodan çox cərimə ödəyəcək
İtaliyanın “Yuventus” klubunun portuqaliyalı ulduzu Kriştiano Ronaldo bu gün İspaniyada məhkəmə qarşısına çıxıb.
Trend-in məlumatına görə, futbolçu vergidən yayınma ittihamı ilə əlaqədar cavab verməli olub.
K.Ronaldo ittihamları qəbul edərək 18,8 milyon avro məbləğində cəriməni ödəməyə razı olub.
Əks halda futbolçu 23 ay müddətinə həbs cəzasına məhkum edilə bilərdi.
Bununla belə, K.Ronaldonun müəyyən müddət ərzində ictimai işlərlə məşğul olacağı bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət