Dərc edildi: Baxış sayı: 471
Ronaldinyonun ölkədən çıxışına qadağa qoyuldu
Braziliya futbolunun canlı əfsanəsi Ronaldinyoya ölkədən çıxmaqla bağlı qadağa qoyulub. FaktXəbər bildirir ki, buna səbəb onun icazəsiz apardığı tikinti səbəbindən təyin olunan cəriməni ödəməməsidir.
Məşhur futbolçunun Braziliyanı tərk edə bilməməsi ilə bağlı qərarı hakim Rio Grand do Sul çıxarıb.
Qeyd edək ki, Ronaldinyo və qardaşı 2015-ci ildə Rio Grand do Sul ştatının paytaxtı Porto Aleqredəki balıqçı platformasında apardığı qanunsuz tikinti işləri səbəbindən 2,3 milyon dollar cərimə olunub.
Çıxışına qadağa qoyulan Ronaldinyo Dubayda keçiriləcək 13-cü Beynəlxalq İdman Konfransına qatıla bilməyəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət