Ronaldinyonun oğlu Braziliya klubu ilə müqavilə bağladı
"Kruzeyro" Ronaldinyonun oğlu Juan Mendeslə müqavilə bağlayıb.
14 yaşlı oyunçu ilə 6 illik anlaşma əldə olunub.
O, hələlik klubun yeniyetmələrdən ibarət komandalarında çıxış edəcək. "Kruzeyro" rəsmisi Amarildo Ribeyronun fikrincə, Mendes tezliklə peşəkar futbolçular sırasına qoşula bilər:
"Juanın maraqlı xüsusiyyətləri var. O, Ronaldinyonun oğlu olduğunu heç kimə deməyib və məşqlərdə özünü müsbət tərəfdən göstərib. Mənə elə gəlir ki, Mendes tezliklə peşəkarlara qoşulacaq".
Joao Mendes de Assis Moreyra 22 fevral 2005-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində doğulub.
1,78 metr boya malik oyunçu ötən ilin avqustundan "Kruzeyro"nun gənclər komandalarında rəsmi müqaviləsiz çıxış edib.
Mənbə: Strategiya.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət