Dərc edildi: Baxış sayı: 697
Romada tibbi maska və əlcəyi küçəyə atan şəxslər cərimələnəcək
İtaliyanın paytaxtı Romada COVID-19 virusundan qorunmaq üçün istifadə edilən tibbi maska və əlcəkləri şəhərin küçələrinə atan sakinlər cərimələnəcək.
Roma şəhərinin meri Virciniya Ragginin imzaladığı sənədə əsasən, cərimənin məbləği 25-500 avro (46-929 manat) arasında dəyişir.
“Roma Today” xəbər verir ki, şəhər rəhbərliyi istifadə müddəti bitmiş tibbi avadanlıqları atmaq üçün Roma küçələrini xüsusi zibil qutuları ilə təchiz edib və şəhər əhalisindən sanitariya qaydalarına riayət etmək xahiş olunur.
Qeyd edək ki, son rəqəmlərə əsasən, İtaliyada 230 158 nəfərin koronavirusa yoluxduğu aşkar edilib. 32 877 xəstə pandemiyanın qurbanı olub.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət