Slimfit
  1. DÜNYA

Roma Papası: Avropa siyasətçilərinin ritorikası Hitlerin bəyanatlarından da pisdir

Roma Papası: Avropa siyasətçilərinin ritorikası Hitlerin bəyanatlarından da pisdir
Sakura

Roma Papası: Avropa siyasətçilərinin ritorikası Hitlerin bəyanatlarından da pisdir

 

Roma Papası Fransisk Avropa ölkələrini birləşməyə çağırıb və qeyd edib ki, bugünkü Avropa siyasətçilərinin ritorikası nasist lideri Hitlerin 1934-cü ildə verdiyi bəyanatlarından da pisdir. O, Köhnə qitədə yenidən baş qaldıran qatı milliyyətçilik meyilləri ilə bağlı xəbərdarlıq edib, bunun nümunəsi kimi İtaliyanın hazırkı Daxili İşlər nazirinin çıxışlarını misal gətirib. Bu siyasətçi “italiyalılar üstündür” şüarı altında hökumətdən dəstəyini geri çəkib və nəticədə ölkədə siyasi böhran yaranıb. Matteo Salvini, həmçinin digər ölkələrinin siyasətçilərini də Avropa İttifaqına qarşı “suverenlik” fəaliyyətinə çağırıb.

AZƏRTAC SBS telekanalının saytına istinadla xəbər verir ki, La Stampa qəzetinə müsahibə verən Roma Papası bu hərəkətləri təcridolunma siyasəti kimi dəyərləndirib. O deyib: “Mən Avropanın milliyyətçi siyasətçilərinin fəaliyyətinə baxanda Adolf Hitlerin 1930-cu illərdə çıxışlarını xatırladım. Onların arasındakı bənzərlik məni çox narahat etdi. “Biz üstünük, yenə də biz...biz...” sözləri qorxulu fikirlərdir.

Avropada gələn ilin mayında keçiriləcək seçkilər ərəfəsində italiyalı nazirin “suverenlik” alyansına Fransanın ultra-sağ hərəkatının lideri Marin Le Pen və Macarıstanın Baş Naziri Viktor Orbanın da dəstək verdiyi bildirilir. Ultra-sağ təmayüllü siyasi partiyaların daha da güclənməsi Papanı narahat edib. O, dövlətlərin suverenliyinin vacib olduğunu, eyni zamanda, Avropa İttifaqını qorumağın və inkişaf etdirməyin zəruriliyini qeyd edib. Əlavə edib ki, “suverenlik” hərəkatı Avropada ciddi fəsadlara səbəb ola bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR