Dərc edildi: Baxış sayı: 479
Roma-nın futbolçusu gələcəyi ilə bağlı qərar verdi
Roma-nın futbolçusu Stefan El Şaaravi komandadan ayrılmayacaq. Goal.az xəbər verir ki, bu barədə futbolçunun qardaşı və meneceri olan Manuel El Şaaravi açıqlama verib. Manuel El Şaravi İtaliya mətbuatına açıqlamasında bunları deyib:
“El Şaaravi burda xoşbəxtdir və klub üçün əlindən gələni edir. O, indi yalnız növbəti mövsüm haqda düşünür. Mən əminliklə deyə bilərəm ki, Stefan Roma-da qalacaq. Torino-dan bizə təklif gəlmişdi. İngiltərə Premyer Liqa klublarından da onu istəyən var idi. Lakin El Şaravi klubunu dəyişmək istəmir”. El Şaravi Roma-ya 2016-cı ildə Milan-dan transfer olunub.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət