Slimfit
  1. TEXNOLOGİYA

Robotlar üçün yeni süni intellekt çipi təqdim olunub

Robotlar üçün yeni süni intellekt çipi təqdim olunub
Sakura

Robotlar üçün yeni süni intellekt çipi təqdim olunub

Qrafik sürətləndiricilər və prosessorlar üzrə dünyanın aparıcı istehsalçılarından biri olan ABŞ şirkəti “NVIDIA” robotların idarə edilməsi üçün nəzərdə tutulmuş “Jetson AGX Xavier” adlı süni intellekt modulunu təqdim edib.
 
ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, modul son dərəcə yığcam və qənaətcildir: ovucun içərisinə yerləşir və 10 vatt enerji sərf edir. Sözügedən çip ən azı 6 prosessorla (ənənəvi 8 nüvəli “ARM” çipi, “Volta” əsasında “GPU” çipi, 2 ədəd “NVDLA” dərin təlim çipi və xüsusi videokomponentlər ) təchiz edilib ki, bu da həmin çipə bir çox süni intellekt funksiyalarını yerinə yetirməyə imkan verir. Saniyədə 30 trilyon əməliyyat həyata keçirə bilir. Çipin qiyməti 1099 dollardır.
 
Artıq Çinin “JD.com” ticarət nəhəngi, Yaponiyanın “Yamaha” şirkəti və DNT-nin sekvenləşdirilməsi sahəsində işləyən “Nanopore” şirkəti (ABŞ) “Nvidia” şirkətinin unikal nüsxəsi ilə maraqlanıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR