Robotlar üçün insan simasına görə 127 min dollar ödəməyə hazır olan startap
Londonun Geomiq startapı ahıl insanlara kömək edəcək insan-robot siması axtarır. VICE xəbər verir ki, şirkət bunun üçün ömürlük həmin sima olacaq şəxsə 100 min funt ödəməyə hazırdır.
Mühəndislik şirkəti Geomiq xəbər verib ki, o, özünün bu yeni, naməlum robot istehsalçısı müştərisi üçün “mülayim və dostyana” bir üz axtarır. O, ahıl insanların virtual dostu olacaq.
Geomiq öz saytında bildirib ki, onlardan robotlar hazırlayan bir şirkət bu istiqamətdə kömək istəyib. Robotlar gələn il istehsal ediləcək və insanlar onu asanlıqla əldə edə biləcəklər. İstəyənlər isə şirkətin saytındakı bildirişi doldurub öz üzlərinin şəklini göndərə bilərlər.
Şirkətin, onların bu işlərinin çox unikal bir tələb olmasını hesab etmələrinə baxmayaraq, Twitter-də bu təklif tənqid olunub. Bəziləri, firmanın niyə məhz canlı insan siması axtarmasını sorğu-sual ediblər və niyə android proqramçılarının hazırladığı Sofiya kimi saxta birisini hazırlamadıqlarını bildiriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət