Robotlar təbii fəlakətlərin nəticələrini aradan qaldıracaq
ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Elmi-Tədqiqat Layihələri Agentliyi (Defense Advanced Research Projects Agency – DARPA) təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına kömək edəcək kiçik robotların istehsalına başlayıb.
AZƏRTAC hi-news.ru saytına istinadla xəbər verir ki, “SHRIMP” (SHort-Range Independent Microrobotic Platforms) adlandırılan layihə çərçivəsində hazırlanan robotlar ən kiçikölçülü mexanizmlər olacaq. Həşərat ölçüsündə olan robotlar kifayət qədər sürətlidir, tullana, uça, predmetləri qaldıra və məkanı analiz edə bilir.
“SHRIMP” proqramı 3 sahəyə bölünür: ilk 2 istiqamət robot komponentlərinin və qidalanma elementlərinin yaradılması, 3-cü isə bilavasitə robotların istehsalıdır. Hər bir sahəyə 1 istehsalçı komanda cavabdehdir. Proqramın icra müddəti 3 il təşkil edir və bu vaxt 3 mərhələyə ayrılıb. Robotların yaradılması prosesi zamanı daha yaxşı nəticələrə nail olmaq üçün komandalar bir-biri ilə yarışacaq. Final mərhələsində komandalar birləşərək bilavasitə son məhsulun istehsalı ilə məşğul olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət