Slimfit
  1. MARAQLI

Robotlar artıq nə qədər iş yerini ələ keçirib?

Robotlar artıq nə qədər iş yerini ələ keçirib?
Sakura

2030-cu ilə qədər robotlar "fabriklərdə 20 milyon iş yeri tutacaqlar".

Son bir neçə onillikdə bir çox sənaye müəssisələri robotlardan istifadə etməyə başladılar. Robototexnika sahəsində yeni inkişaflar barədə xəbərləri mütəmadi olaraq görürük. Bəzi texnologiya mütəxəssisləri inanırlar ki, gələcəkdə dünyada yalnız robotlar işləyəcək və insanlar istirahət edəcəklər.

Bu gələcək realdırmı? Son bir neçə onillikdə robotlar nə qədər iş yeri əldə ediblər?

Ens.az xəbər verir ki, Boston Universiteti və Massaçusetts Texnologiya Universitetinin (MIT) bir qrup alimi, ABŞ-dakı vəziyyəti araşdıraraq, robotların nə qədər iş yerini aldığını və bunun işsizliyin səviyyəsinə necə təsir etdiyini hesablayıb. Nəticələrə görə, robotların təsiri onların tətbiq olunduğu sahədən və ölkənin bölgəsindən çox asılıdır və onların tətbiqi əslində işsizliyin səviyyəsini artıra bilər.

1990-2007-ci illərdə 1000 işçi üçün hər yeni tətbiq edilmiş robot əhalinin  məşğulluq səviyyəsini 0,2% aşağı salıb. Bu o deməkdir ki, istehsaldakı hər əlavə robot orta hesabla 3.3 işçini əvəz edib.

 

Bundan əlavə, robotların istifadəsi əmək haqqlarını təxminən 0.4% azaldıb.

Araşdırma zamanı hansı məlumatlardan istifadə edilib? Müəlliflər, Dünyadakı fabriklərdə robotların istifadəsi ilə bağlı ətraflı statistika toplayan Frankfurtda yerləşən Beynəlxalq Robot Texnologiyaları Federasiyasının (International Federation of Robotics, IFR) məlumatlarını istifadə edərək 19 sənayeni təhlil etdilər. Bu məlumatlar ABŞ-da əhali, məşğulluq, sahibkarlıq və əmək haqqı ilə bağlı rəsmi məlumatlarla müqayisə edildi.

ABŞ robotların istifadəsində bir çox digər ölkələrdən geri qalır. Xüsusilə, təqdim olunan yeni robotların sayına görə Avropa ölkələrindən geri qalır. Əgər ABŞ 1993-cü ildən 2007-ci ilə qədər hər 1000 işçiyə 1 robot təqdim edirdisə, Avropada bu rəqəm 1000 işçiyə təxminən 1,6 təşkil edir.

Əksər robotlardan (ABŞ-da) istehsalda istifadə olunur: avtomobillər (robotların ümumi sayının 38%), elektronika (15%), plastik və kimyəvi maddələr (10%) və metallar (7%).

Düşünürük ki, robotlarla işsizlik arasındakı əlaqə heç kim üçün sürpriz olmadı. Ancaq unutmayın ki, robotların istehsalata tətbiqi bir çox başqa sahələrdə də fəsadlarla nəticələnir. Müsbət tərəfi: məhsulların qiymətinin aşağı düşməsi. Müəlliflər bunu nəzərə aldılar. Buradan da belə nəticə alındı ki, "bir robot 3,3 iş yeri tutur."

Ancaq bu günə qədər robotlar yalnız ən sadə və çətin işləri yerinə yetirmək üçün istifadə olunur. Beləliklə, biz hələ də "robotlar dünyasından və işsiz bir gələcəkdən" uzağıq.

Yenə də, mütəxəssislərin fikrincə, 2030-cu ilə qədər robotlar "fabriklərdə 20 milyon iş yeri tutacaqlar".

Mənbə: zen.yandex.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR